İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp prezident vəzifəsinə başlayan kimi BU ÖLKƏYƏ səfər edəcək

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra ilk 100 gün ərzində Çinə səfər etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Trampın Çin Sədri Si Cinpinlə əlaqələri möhkəmləndirmək məqsədilə bu səfəri reallaşdırmaq arzusunu müşavirlərinə bildirdiyi qeyd olunur.

Nəşrin məlumatına görə, səfərlə bağlı yekun qərar hələ qəbul edilməyib. Lakin Trampın vəzifəyə başladıqdan sonra bu səfəri prioritetlərindən biri kimi gördüyü bildirilir. Tramp Çinə sonuncu dəfə 2017-ci ildə səfər edib və o vaxtdan bəri iki lider arasında şəxsi görüşlər müzakirə mövzusu olub. Tramp, Si Cinpini ABŞ-yə dəvət edərək qarşılıqlı əlaqələrin inkişafını təşviq edib.

Tramp və Si Cinpin arasında cümə günü keçirilən telefon danışığı zamanı Vaşinqton və Pekinin gələcəkdə bir çox beynəlxalq məsələləri birgə həll edəcəyi vurğulanıb. Çinin Sədrinin müavini Han Çjen, Si Cinpinin xüsusi nümayəndəsi kimi Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Bundan əlavə, Tramp müşavirləri ilə Hindistana mümkün səfəri də müzakirə edib. O, sonuncu dəfə 2020-ci ildə Hindistana səfər etmişdi və bu ölkəyə olan marağını bir daha dilə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR