Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Pentaqonun dövlət vəsaitlərinin xərclənməsinə yenidən baxılacağını açıqlayıb. Müdafiə Nazirliyini indiki ABŞ-nin ən qəribə təşkilatı - İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) təftiş edəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp yoxlamanın bitməsini gözləmədən Pentaqonda böyük oğurluqların baş verdiyini açıqlayıb. Prezident general korpusunda istefalar elan edib. Trampın dediyinə görə, onun əsas məqsədi silahlı qüvvələri daha effektiv və ABŞ prezidentinə sadiq etməkdir.
Prezident DOGE və onun rəhbəri Maska Pentaqonda “yüz milyardlarla dollar fırıldaqçılıq və sui-istifadə” faktlarını tapmaq barədə tapşırıq verib.
Pentaqonun yeni rəhbəri Pit Heqset də bu təşəbbüsü dəstəkləyib. “Büdcə pullarını xərcləyərkən bilməliyik ki, bu pullar hara gedir və niyə bizdə bu və ya başqa şeylər yoxdur”, - o, Fox News-a müsahibəsində deyib.
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Maykl Uolz jurnalistlərə prezidenti bu yoxlamaya başlamağa vadar edən səbəblər barədə daha ətraflı danışıb. O xatırladıb ki, Pentaqonun büdcəsi astronomik məbləği 800 milyard dolları ötüb, vəsaitin ayrılması isə son dərəcə uzun vaxt tələb edir və bundan əlavə, hərbçilər tərəfindən satın alınanların dəyərinin əsassız olaraq yüksək qiymətləndirilməsi var. Nümunə olaraq, Uolz adi Amerika mağazalarında 100 dollara satılan, lakin ölkənin hərbi hava qüvvələrinə 90 min dollara başa gələn bolt dəstini göstərib.
Mütəxəssislər Pentaqondakı israfçılıq probleminin dünən yaranmadığını və bunun sistem xarakterli olduğunu bildirirlər. Onlarn sözlərinə görə, ABŞ-də hərbi-sənaye kompleksinin dəhşətli dərəcədə səmərəsiz olduğu və silahların yaradılması sisteminin büdcə xərçənginə çevrildiyi barədə konsensus var: pul sərf olunur və səmərəlilik arzuolunmazdır.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ