İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp noyabrın 15-də "vacib bəyanat"la çıxış edəcəyini açıqlayıb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında “vacib bəyanat”la çıxış etməyə hazırlaşır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ohayo ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Onun fikrincə, Respublikaçılar Partiyasının ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi 8 noyabr tarixli aralıq seçkilər ölkəni xilas edə bilər.

Xatırladaq ki, daha əvvəl CNN D.Trampın Ohayoda keçirilən mitinqdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını elan edəcəyi barədə xəbər vermişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR