Onlayn ictimai-siyasi qəzet
Musavat.com xatırladır ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə rəsmi görüşlərdə niyə kostyum geyinmədiyini irad tutmuşdu.
Ötən həftə Zelenskinin Ağ Evə səfəri zamanı ABŞ administrasiyası onun geyim tərzi ilə bağlı qeydlər edib və Tramp bunu açıq şəkildə jurnalistlərin qarşısında səsləndirib.
Tramp Zelenskiyə birbaşa olaraq sual verib:
“Siz öz dövlətinizdə ən yüksək vəzifəni tutursunuz, lakin kostyum geyinmirsiniz. Sizin kostyumunuz yoxdur?”
Bu irad ABŞ administrasiyası tərəfindən Ukrayna liderinə qarşı irəli sürülən narazılıqlardan biri olub. Tramp bunu özünə və Ağ Ev administrasiyasına hörmətsizlik kimi qəbul etdiyini bildirib.
Bəs niyə eyni münasibət digər liderlərə göstərilmədi?
Musavat.com tərəfindən yayımlanan videoda dünyanın müxtəlif ölkələrindən olan liderlərin Ağ Evdə Tramp ilə görüşləri əks olunub.
Maraqlıdır ki, bu liderlər arasında kostyumsuz gələnlər də olub, lakin Tramp onlara Zelenskiyə dediyi kimi sual verməyib.
Bu səbəbdən Musavat.com vurğulayır ki, əsas məsələ kostyumda deyil, münasibətdədir.
Trampın Zelenskiyə qarşı xüsusi iradlar taparaq ona qarşı sərt mövqe sərgilədiyi və Ukrayna liderini haqsız çıxarmaq üçün müxtəlif bəhanələr axtardığı qeyd edilir. Bu iradlardan biri də kostyum məsələsi olub.
Bu video sosial mediada geniş yayılıb və biz də oradan götürmüşük.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ