Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsini bitirməyin ən optimal variantını tapın. O, Rusiya iqtisadiyyatını çökdürməklə bu müharibəyə son qoya bilər."
Musavat.com xəbər verir ki, bu barədə “The Teleqragh” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ağ Ev bundan sonra ən ağır sanksiyalarla Rusiyaya qarşı hücuma keçəcək. Tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatını çökdürə, nəticədə isə Rusiya müharibəbi bitirməyə məcbur ola bilər.
Xəbərə görə, Qərb Rusiyanın neft və qaz idxalından əldə etdiyi gəlirləri azaltmağı planlaşdırır.
“Rusiya iqtisadiyyatının əsasını enerji və maliyyə kimi əsas sektorlar təşkil edir. Sanksiyaların daha da ağırlaşdırılması bu ölkənin iqtisadi baxımdan çöküşünə gətirib çıxarara bilər.” , - deyə nəşr vurğulayıb.
Toğrul İSMAYIL,
Musavat.com
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ