İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp məxfi sənədləri burada gizlədibmiş - ŞOK FOTO

Prezidentlik müddəti bitdikdən sonra Ağ Evdə qoymalı olduğu sənədləri Florida ştatındakı Mar-a-Laqodakı evinə aparan Donald Tramp bəzi sənədləri tualetdə saxlayıbmış.

Musavat.com xəbər verir ki, Trampa qarşı irəli sürülən 49 səhifəlik iddianamədə evdəki faylların vəziyyətini göstərən fotoşəkillər də yer alıb.

2021-ci ilin aprelində vanna otağına qoyulduğu bildirilən qutular iyun ayına qədər orada qalıb.

Qeyd edək ki, Trampın 2021-ci ilin yanvarında qanunsuz olaraq özü ilə götürdüyü qutularda nüvə sirlərindən tutmuş xarici hərbi hesabatlara qədər bir sıra məxfi sənədlər olub.

ABŞ-ın federal məhkəmədə mühakimə olunan ilk prezidenti Donald Tramp çərşənbə axşamı Mayamidə ilk məhkəmə iclasına gələcək. Trampın həbs olunacağı gözlənilmir.

6484fbb74e3fe025c46192a3.jpg (72 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR