İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Mənim administrasiyamda Mayk Pens kimi satqın, Nikki Heyli kimi axmaqlara yer yoxdur

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Respublikaçılar partiyası daxilində özünə müxalif saydığı şəxslərlə çalışmayacağını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünə məxsus olan "Truth Social" platformasında yazıb.

Xüsusilə, bu, keçmiş vitse-prezident Mayk Pensə, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyliyə, keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona və digər opponentlərə aiddir.

"Vaxt, pul və zəhmətə qənaət etmək üçün bu insanlarla çalışmamaq faydalı olardı. Başıboş Con Bolton, toyuq beyinli Nikki Heyli, satqın Mayk Pens, Dik Çeyni və onun psixoloq qızı Liz... və ya Trampdan ikrah sindromu olan hər kəs…”, - deyə Tramp qeyd edib.

O əlavə edib ki, o, senator Mitt Romni, Nümayəndələr Palatasının keçmiş spikeri Pol Rayan, Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli və keçmiş müdafiə naziri Ceyms Mettislə əlaqəli olan adamları da işə almayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR