İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp kanal uğrunda müharibəyə gedəcəkmi? - İLGİNC DETALLAR

"ABŞ dövlət katibi Marko Rubionun prezident Donald Trampın təlimatıyla Panamaya səfəri bu ölkəyə xəbərdarlıq mahiyyəti daşıyırdı".

Bu barədə Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Rubio Trampın iki mesajını Panama rəsmilərinə çatdırıb:

"Birincisi, Çinin Panamada iqtisadi fəallığının qarşısı alınmalıdır, ikincisi, kanalın işlənməsində ABŞ-ın maraqları nəzərə alınmalıdır. Dövlət Departamentinin sözçüsü Temmi Bryus verdiyi açıqlamada Donald Trampın "Çin Kommunist Partiyasının Panama kanalı ərazisi üzərində mövcud təsir və nəzarət mövqeyi Amerika üçün təhdid mahiyyəti daşıyır" fikrini xatırladıb.

Rubionun özü də Panamadakı görüşlərdə mövcud vəziyyəti "qəbuledilməz" adlandırıb və Vaşinqtonun istədiyi dəyişikliklərin həyata keçirilmədiyi halda ölkəsinin kanalın Panamaya təhvil verilməsi barədə 1977-ci ildə imzalanan sazişdən çıxacağını bildirib".

Politoloqun fikrincə, Donald Trampın Panama kanalına görə bu kiçik ölkəyə qoşun göndərəcəyi ağlabatan deyil:

"Tramp müharibə tərəfdarı deyil. Ağ Ev sahibinin fəaliyyət metodu iqtisadi təzyiq və rüsumların artırılmasıdır. Donald Tramp məhz bu yolla Panamanı yola gətirmək və Çinlə əməkdaşlıqdan imtinaya sövq etmək istəyir. Vaşinqtonun minimum vəzifəsi Çin şirkətlərinin Panama sahilindəki iki böyük limanının işlətməsindən uzaqlaşdırılmasıdır. Buna Panama prezidenti qərar verməlidir.

Donald Tramp eyni təzyiq üsuluyla Kanada, Meksika və Çinlə davranıb Ağ Ev sahibi bu 3 ölkənin məhsullarına rüsumları artırmağı qərar verib. Doğrudur, o, bu qərarın icrasını bir müddət təxirə salda da, istədiyini almayana qədər rüsumların artırılması siyasətindən imtina etməyəcək. Görünür, Trampın müşavirləri ona izah ediblər ki, 3 ölkəyə qarşı rüsumların eyni anda artırılması ABŞ-da qiymət artımına səbəb olacaq. Çünki Kanada, Meksika və Çin rəsmiləri ABŞ-ın onlara qarşı rüsum siyasətinə adekvat cavab verəcəklərini bildiriblər. Tariflər və sonrakı cavab tədbirləri hədəflənən ölkələrin ABŞ-ın iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər verə biləcək ticarət müharibəsini alovlandırmaq riski daşıyır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR