Onlayn ictimai-siyasi qəzet
NATO, Ukraynaya hərbi yardım və təlim missiyasının koordinasiyasını ABŞ-dan devr alıb.
Musavat.com bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Bu addım, xüsusilə Donald Trampın tərs davranışı fonunda dəstək mexanizmini qorumaq məqsədilə atılıb.
Yeni missiya "NATO Security Assistance and Training for Ukraine (NSATU)" adını daşıyır və Almaniyanın Visbaden şəhərində yerləşən ABŞ hərbi bazasında qərarlaşacaq. Bu baza NATO-nun Ukrayna üçün təhlükəsizlik yardımı və təlimləri təşkil etməkdə mərkəz rolunu oynayacaq.
Analitiklər hesab edir ki, ABŞ-da siyasi dəyişikliklər və Trampın qayıdışı fonunda bu struktur dəyişikliyi NATO-nun Ukraynaya uzunmüddətli dəstəyini təmin etmək məqsədi daşıyır. Tramp daha əvvəl də Ukraynaya hərbi yardımların dayandırılması və NATO ilə əlaqələrin yenidən nəzərdən keçirilməsi ilə bağlı bəyanatlar səsləndirmişdi.
Bu addım həm NATO-nun Ukrayna ilə tərəfdaşlığını gücləndirəcək, həm də müharibə şəraitində təhlükəsizlik yardımının davamlı olmasını təmin edəcək.
Musavat.com
19 Dekabr 2024
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ