İnsanlara hürriyət, millətlərə istiqlal!

"Səmimilik insanı hörmətsiz edir" - VİDEO

"Məclisə gedəndə hər şeyi özüm edirəm. Prodüser işini də özüm edib, mahnı seçirəm. Videolar çəkiləndə onları oturub özüm montajlayıram".

Bu sözləri müğənni Xatirə İslam "İncə səhər" verilişində deyib. Sənətçi ona pislik edənlərdən danışıb:

"Kiməsə yaxşılıq edib, Allaha xoş getməsini istəyirsinizsə, tanımadığınız adama edin. Nə dil, nə dodaq bilsin. Allaha xatir yaxşılıq et... İnsana bir ziyan mütləq tanıdığı adamdan gəlir. Tanımadığın adam sənə pislik etməz. Çünki nə bilsin səni haradan vursun? Amma tanıdığın adam səni hardan vurmaq lazım olduğunu bilir. Ona görə də məsafə əla şeydir. Mən nankor adamları çox gördüm. Həddən artıq səmimi olmaq insanı hörmətdən salır, adiləşdirir. Çox əlçatan olursan. Obrazda olmaq lazımdır. Düzdür, 10 dəqiqədən artıq obraza girmək olmur. Ona görə də bir adamın yanında 10 dəqiqədən artıq qalmayın". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR