İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ingilis dilinə dövlət dili statusu verəcək

ABŞ Prezidenti Donald Tramp ölkə tarixində ilk dəfə ingilis dilini rəsmi dövlət dilinə çevirəcək sərəncam imzalamağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sərəncam sabiq Prezident (1993-2001-ci illərdə) Bill Klinton tərəfindən federal maliyyə alan agentliklər və digər təşkilatların ingilis dilini bilməyənlərə dil yardımı göstərməsini tələb edən federal mandatı ləğv edəcək.

Bununla belə, Ağ Evin sənədində deyilir ki, agentliklər hələ də müxtəlif dillərdə sənədlər və xidmətlər təqdim edə biləcəklər.

Rəsmi dilin təyin edilməsinin zəruriliyi birlik arzusu, hökumətin işinin səmərəliliyinin artırılması və vətəndaş fəallığının təmin edilməsi ilə izah olunub.

ABŞ Əhalini Siyahıyaalma Bürosunun məlumatına görə, amerikalıların 78 %-dən çoxu həyatlarında yalnız ingilis dilində danışırlar.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR