İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp husilərə qarşı hərəkətə keçdi

ABŞ prezidenti Donald Tramp Yəməndəki husiləri xarici terror təşkilatı (FTO) adlandırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib. Bu qərar Bayden administrasiyasının əvvəlki statusunu ləğv etdi, bununla da husilərin “FTO” kimi yenidən siyahıya salınması bölgədəki geosiyasi vəziyyətə təsir edə bilər.

Bəyanatda deyilir ki, ABŞ-nin siyasəti “Ənsar Allah”ın imkanlarını və əməliyyatlarını pozmaq, onu resurslardan məhrum etmək və beləliklə, ABŞ personalına və mülki şəxslərə qarşı hücumları dayandırmaq üçün regional tərəfdaşlar ilə işləməkdən ibarətdir.

Sənəddə qeyd olunur ki, İranın dəstəklədiyi “Ənsar Allah” qruplaşması 2023-cü ildən bəri Qırmızı dəniz sularında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmilərini dəfələrlə atəşə tutub.

Yeri gəlmişkən, ABŞ “Ənsar Allahı” Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsraildəki infrastruktura hücumda ittiham edir.
Sənəddə həmçinin, qeyd edilib ki, husilər ticarət gəmilərinə 100 dəfədən çox hücum edib, ən azı dörd mülki dənizçini öldürüb və Qırmızı dənizin bəzi ticarət gəmilərini marşrutunu dəyişməyə məcbur ediblər, bu da qlobal inflyasiyaya səbəb olub.

Xatırladaq ki, ötən ilin yanvarında Tramp ABŞ-nin Britaniya ilə birlikdə Yəmənə endirdiyi zərbələrə görə o vaxtkı prezident Co Baydeni tənqid edib.
Husilərin hücumlarının ABŞ-a milyardlarla dollara başa gəldiyi, xüsusən də təyyarədaşıyan hücum qruplarının yerləşdirilməsi və bu hücumlardan müdafiə üçün raket və digər sursatların xərcləndiyi bildirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR