İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp gələn həftə Zelenski ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp Ukraynanın aktivlərinin, o cümlədən nadir torpaq metallarının təhlükəsizliyini təmin etmək istədiyini bildirib.

Musavat.com xəbər verir ki, o, planlarını Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə Fox News tərəfindən yayımlanan görüşü zamanı açıqlayıb.

Amerika lideri qeyd edib ki, ehtimal ki, gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək: “Onların çoxlu yeraltı aktivləri var, ilk növbədə nadir torpaq metalları. Biz isə onların təhlükəsizliyini təmin etmək istəyirik”.

Tramp həmçinin 2020-ci il seçkilərində qalib gəlsəydi, Ukraynadakı münaqişənin baş verməyəcəyinə inandığını təkrarlayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Zelenskiyə ABŞ-ın Ukraynaya yardımının əvəzinin ödənməsinin gərəkdiyini deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR