Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Konqresdə çıxış edib. O, Co Baydenin rəhbərliyi dövründə ölkənin iqtisadiyyatının ciddi gerilədiyini və bu siyasətin ABŞ-ı fəlakətə apardığını bildirib.
Musavat.com xəbər verir ki, Tramp çıxışında bir sıra mühüm məsələlərə toxunub:
Siyasi təqiblərə son – O, ABŞ hökumətinin siyasi təqiblərinə son qoyduğunu elan edib və bunun ölkədə azadlığın bərpası üçün mühüm addım olduğunu vurğulayıb. Tramp demokratları tənqid edərək bildirib ki, hətta “dəhşətli xəstəliyin dərmanını icad etsə” belə, onlar onun uğurlarına sevinməyəcək və bunu görməzdən gələcəklər.
Gömrük rüsumları – ABŞ lideri 2 apreldən etibarən bir sıra ölkələrə qarşı qarşılıqlı gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Moldovadakı solçu ideologiya – Onun sözlərinə görə, ABŞ hökuməti Moldovada solçu ideyaların təbliğinə 30 milyon dollardan çox vəsait xərcləyib.
Yeni raket əleyhinə sistem – ABŞ yeni "Golden Dome" adlı raketdən müdafiə sistemini yerləşdirməyə hazırlaşır. Bu, ölkənin təhlükəsizliyini daha da gücləndirmək üçün atılan strateji addımlardan biri kimi təqdim olunur.
Panama kanalına nəzarət – Tramp administrasiyası Panama kanalına nəzarəti bərpa etməyi planlaşdırır. Bu məsələ ilə bağlı işlərə dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
Qrenlandiyanın gələcəyi – Vaşinqton Qrenlandiya xalqını gələcəklərini müəyyən etməyə və ABŞ-ın tərkibinə daxil olmağa çağırıb.
Ukrayna ilə bağlı açıqlamalar – Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a məktub göndərərək sülh danışıqlarına hazır olduğunu bildirdiyini açıqlayıb. Onun sözlərinə görə, Zelenski məktubunda Ukraynanın istənilən vaxt resurslarla bağlı müqavilə imzalamağa hazır olduğunu qeyd edib. Tramp həmçinin ABŞ-ın Rusiyadan sülhə hazır olduğuna dair “inandırıcı siqnallar” aldığını bildirib.
Qeyd edək ki, prezident Donald Trampın bu bəyanatları beynəlxalq siyasətdə mühüm dəyişikliklərin ola biləcəyini göstərir. ABŞ-ın gələcək kursu və bu açıqlamaların necə reallaşacağı isə yaxın aylarda daha da aydın olacaq.
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ