İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp əczaçılıq məhsullarına da rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp tezliklə ölkəyə idxal olunan əczaçılıq məhsullarına rüsumların tətbiq ediləcəyini açıqlayıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, prezident təyyarəsində jurnalistlərə açıqlama verən Tramp bu qərarın əczaçılıq məhsulları istehsalının ABŞ-a qaytarılmasına yönəldiyini qeyd edib.

Onun sözlərinə görə, rüsumların tətbiqi, ABŞ-ın COVID-19 pandemiyası dövründəki kimi digər ölkələrdən dərman preparatları idxalından asılılığının qarşısını alacaq.

Tramp tariflərin faizini dəqiqləşdirməyib, lakin onların əczaçılıq şirkətlərini istehsalı ABŞ-a köçürməyə məcbur etmək üçün kifayət edəcəyini vurğulayıb. Prezident həmçinin Britaniya da daxil olmaqla digər ölkələrlə tarif razılaşmalarına açıq olduğunu bildirib.

O, ABŞ-ın bu razılaşmalardan faydalanacağı təqdirdə tariflərin tətbiqindən sonra belə sövdələşmələrin mümkün olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR