Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kanada, Çin və Meksikadan gətirilən mallara idxal rüsumlarını dərhal artırmaq planları qlobal ümumi daxili məhsulu (ÜDM) ən azı 0,3 faiz azaldacaq. Musavat.com xəbər verir ki, bu hesablamanı Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatı (JETRO) nəzdində Asiya İqtisadi Araşdırmalar İnstitutu dərc edib.
Tramp dəfələrlə bildirib ki, prezident olduğu ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25 faiz, həmçinin Çindən gələn bütün mallara əlavə 10 faiz rüsum tətbiq edəcək Asiya İqtisadi Araşdırmalar İnstitutunun hesablamalarına görə, bu, həmin ölkələrdən avtomobil, elektrik məhsulları və ərzaq tədarükünə böyük zərbə vuracaq. Nəticədə Meksikada ÜDM 3,8 faiz, Kanadada 1,2 faiz, Çində isə 0,3 faiz azalacaq.
Eyni zamanda ekspertlər hesab edirlər ki, Yaponiya Amerika bazarındakı boşluqları öz malları ilə doldura bilsə, ÜDM 0,2 faiz arta bilər. Hesablamalara görə, Kanada, Çin və Meksika məhsullarına tariflərin artırılması səbəbindən ABŞ ÜDM-i 2027-ci ilə qədər ən azı 1,1 faiz azalacaq.
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ