Onlayn ictimai-siyasi qəzet
Çindən ABŞ-a daxil olan miqrantlar ABŞ-la daxildən vurmaq üçün ordu yaradırlar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Yorkda seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.
“Çindən çoxlu insan gəlir. Bu insanların hamısına baxın, fiziki formaları yaxşıdır, yaşları 19-25 arasındadır, demək olar ki, hamısı hərbi yaşda olan kişilərdir. Məncə, ordu yaradırlar. Bizimlə daxildən haqq-hesab çəkmək istəyirlər. Onlar adi qeyri-qanuni miqrantlar kimi deyillər, nəyəsə hazırdırlar”, - Tramp deyib.
Eks-prezident əlavə edib ki, ABŞ-yə çox sayda miqrant Latın Amerikası və Yaxın Şərqdən, o cümlədən ərazisi ABŞ tərəfindən bombalanan Yəməndən gəlir.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ