İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çin rəhbərinə zəng etdi

Çin rəhbəri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Sinxua agentliyi yayıb.

Bildirilir ki, söhbət Ağ Ev rəhbərinin təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl CNN Ağ Evdəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton iki ölkə liderləri arasında söhbəti ticarət danışıqlarının bərpası üçün zəruri növbəti addım hesab edir.

Eyni zamanda Tramp administrasiyası iki liderin birbaşa görüşündə də maraqlı olduğunu gizlətmir. Lakin Politico-nun yazdığına görə, Si Cinpin Ukrayna və CAR prezidentləri ilə görüşlərdə Trampın yaratdığı mübahisəli vəziyyətləri nəzərə alaraq, görüşə maraq göstərmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR