Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukraynada davam edən müharibə ilə bağlı açıqlama verərkən bildirib ki, ABŞ ya bu müharibəni sona çatdıracaq, ya da Ukraynanı öz taleyinə buraxacaq və nə baş verəcəyini izləyəcək.
Musavat.com xəbər verir ki, Tramp jurnalistlərin suallarına cavab olaraq, "Biz mübarizəni davam etdirmək niyyətində deyilik. Bizə kartları olmayan birini dəstəkləmək olmaz".
Prezidentin sözlərinə görə, ABŞ Ukraynanı ya müharibənin bitirilməsinə yönəldəcək, ya da onu buraxaraq, öz mübarizələrini davam etmələrinə imkan verəcək. "Onlar döyüşsünlər," - Tramp əlavə edib.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ