İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu milyarderi Daxili İşlər naziri təyin edir: üstəlik, daha yüksək səlahiyyətlər verəcək - FOTO

ABŞ-da keçirilən prezident seçkilərini qazanan Donald Tramp, yeni administrasiyasında milyarder Duq Berqamı Daxili İşlər Naziri və yeni təsis olunan Milli Enerji Şurasının sədri olaraq təyin edəcəyini açıqladı.

Musavat.com xəbər verir ki, Tramp bəyanatında, “Şimali Dakota qubernatoru Duq Berqamın, Daxili İşlər Naziri və çox əhəmiyyətli Milli Enerji Şurasının sədri olaraq administrasiyama qoşulacağını elan etməkdən məmnunam,” – deyə bildirib.

Musavat.com bildirir ki, yeni yaradılan Milli Enerji Şurasının əsas vəzifəsi ölkənin bütün enerji mənbələrinin, xüsusilə ənənəvi enerji növlərinin hasilatını artırmaq üçün dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək olacaq.

 

Musavat.com

bfec8a94-551a-42b4-812e-c1bea697c58c.jpg (20 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR