İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Baydenin səriştəsizliyi ABŞ demokratiyasına təhdiddir”

ABŞ prezidenti Co Baydenin səriştəsizliyi və siyasi mübarizədə Ədliyyə Nazirliyi və FTB-dən istifadə etməsi səbəbindən ABŞ-da demokratiya təhlükə altındadır.

Bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Dayton şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Co Bayden demokratiyamız üçün böyük təhdiddir. Birinci səbəb onun səriştəsizliyi. Bundan əlavə, o, siyasi rəqibinə, yəni mənə qarşı mübarizədə Ədliyyə Nazirliyindən və FTB-dən istifadə edir. O, indiyə qədər ölkəmizdə olan ən pis prezidentdir. O, ən səriştəsiz prezidentdir”, deyə Tramp vurğulayıb.\\APA 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR