İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydeni reytinqlə qabaqladı

ABŞ lideri Cozef Bayden prezident seçkilərinin tezliklə keçiriləcəyi təqdirdə sələfi Donald Trampa məğlub olacaq.
Bu barədə "The Hill" nəşri yazıb. "Harvard CAPS-Harris Poll"un keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 47%-i respublikaçı siyasətçini, yalnız 40%-i Ağ Evin hazırkı rəhbərini dəstəkləməyə hazırdır.

Qeyd olunub ki, amerikalıların təxminən 13%-i seçkilərdə kimə səs verəcəkləri sualına dəqiq cavab verə bilməyib. Eyni zamanda, araşdırmaya görə, ABŞ-ın hazırkı prezidentinin rəqibi Florida ştatının qubernatoru Ron Desantisdirsə, respondentlərin 42%-i onu dəstəkləməyə hazırdır – eyni sayda respondent Ağ Ev rəhbərinin lehinə olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR