İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydeni ABŞ-ın mühüm sirrini açmaqda ittiham edir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pentaqonda artilleriya sursatlarının çatışmazlığını etiraf edən hazırkı dövlət başçısı Co Baydeni tənqid edib.

Musavat.com xəbər verir ki, eks-prezident tənqidi fikirlərini “Fox News” telekanalına müsahibəsində dilə gətirib.

Onun sözlərinə görə, hazırda nüvə silahından istifadə risklərinə görə ABŞ üçün tarixin ən təhlükəli vaxtıdır və prezident postunu “nə etdiyini başa düşməyən” adam tutur.

“Ayağa qalxıb dünyaya silahlarımızın bitdiyini deyir bu adam”, - Tramp həmişə olduğu kimi siyasi xələfini qınayıb.

O, iddia edir ki, özünün səlahiyyət müddətinin sonunda ABŞ-dakı hərbi anbarlar “ağızına qədər dolu olub”.

“Əgər sə hər şeyi paylamısansa, bu, dəhşətlidir. Bundan daha pis ola biləcək yeganə şey bu barədə bütün dünyaya danışmaqdır”, - deyə siyasətçi bildirib.

O, Baydenin Çinə və digər düşmən ölkələrə ABŞ-ın silah-sursatının bitdiyini söylədiyini diqqətə çatdırıb.

"Sən necə axmaq ola bilərsən ki, belə bir şey deyirsən?" - Tramp əlavə edib.

Bayden bir müddət əvvəl ABŞ-ın Ukraynaya göndərmək üçün sursatının tükəndiyini bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR