İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Bayden büdcə güzəştlərinə getməsə, respublikaçılar..."

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Co Baydenin rəhbərliyi altında hazırkı ABŞ administrasiyası onların büdcə təkliflərini qəbul etməzsə, Konqresdəki respublikaçılar ABŞ-ın milli borcunu defolt etməyə çalışmalıdırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, çərşənbə günü CNN telekanalında Townhall proqramında iştirakçıların suallarını cavablandırarkən belə bir bəyanatla çıxış edib.

“Mən respublikaçılarla danışıram. Konqresmenlər, senatorlar, əgər büdcədə böyük ixtisar etməsələr, siz defolt etməlisiniz”, - Tramp bildirib.

Eyni zamanda o, "demokratlar təslim olacağından" defoltun baş verməyəcəyi fikrini bildirib. “Bu heç kimə lazım deyil. Amma bu, indi baş verənlərdən yaxşıdır”, - ABŞ-ın eks-prezidenti bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR