İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ kəşfiyyatını bu adama tapşırdı - ŞOK SEÇİM

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri vəzifəsinə Kəş Pateli namizəd göstərib.

Musavat.com xəbər verir ki, bu təyinat Senatın təsdiqini tələb edir və mübahisəli qərar kimi qiymətləndirilir.

Məlumatda bildirilir ki, Patel Trampın ən yaxın müttəfiqlərindən biri olub.

Eyni zamanda, Patel Trampın hüquq-məhkəmə və kəşfiyyat orqanlarındakı “düşmənləri təmizləmə” çağırışları ilə tanınır.

Tramp "Truth Social" platformasında Pateli parlaq hüquqşünas, araşdırmaçı və "Amerika hər şeydən əvvəl" prinsipinin müdafiəçisi adlandırıb.

"Politico"nun məlumatına görə, Patel Trampın cinayət işi üzrə müdafiəsində də aktiv iştirak edib.

Əgər Patel Senat tərəfindən təsdiqlənsə, o, hazırkı FTB direktoru Kristofer Reyi əvəz edəcək.

Qeyd edək ki, Rey 2017-ci ildə Tramp tərəfindən bu vəzifəyə təyin edilmişdi və onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Patel vəzifəyə təyin edilsə, Reyin istefasını gözləmək əvəzinə, onu vəzifədən azad etmək tələb oluna bilər.

Bundan əlavə, Patel Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini postuna da maraq göstərir.

Bu vəzifə Senat təsdiqini tələb etmədiyi üçün daha əlçatan görünür. Bununla belə, Patel Trampın tərəfdarları arasında belə mübahisəli fiqur olaraq qalır və onun FTB rəhbəri kimi təsdiqlənməsi üçün kifayət qədər səs toplayıb-toplamayacağı qeyri-müəyyəndir.

Bu təyinat ABŞ kəşfiyyatında ciddi dəyişikliklərə səbəb ola bilər və Trampın ikinci prezidentlik dövründə siyasətinin əsas istiqamətini əks etdirir. Təyinat ətrafında gərgin müzakirələrin davam edəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR