Onlayn ictimai-siyasi qəzet
2018-ci ildə ABŞ prezidenti olmuş respublikaçı Donald Tramp ölkəsini NATO-dan çıxarmaqla hədələyib.
Musavat.com xəbər verir ki, bu barədə sammit iştirakçıları arasında olan mənbələrdən informasiya alan “Financial Times” (FT) yazıb.
Onların xatirələrinə görə, bu hadisə “ittifaq tarixində dönüş nöqtəsi” olub. Belə ki, Tramp müttəfiqlərini ABŞ-a qarşı vicdansızlıqda ittiham edib. ABŞ-ın keçmiş prezidenti bildirib ki, NATO ölkələri müdafiə xərclərini artırmasa, Amerika Şimali Atlantika Alyansını tərk edəcək. O, həmçinin NATO-nun Avropadan olan üzvlərini alyansa daha çox pul ayırmağa (ÜDM-in 2%-i) çağırıb.
Sammit zamanı Tramp Almaniya rəhbərliyinin miqrasiya siyasətinin mənfi nəticələrini də diqqətə çatdırıb.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ