İnsanlara hürriyət, millətlərə istiqlal!

Toylara may “qadağası” - Şadlıq evləri bu ay ya az sifariş alıb, ya da almayıb

Ekspertlər deyir ki, mifləri dağıtmaq zamanıdır; “Dinimizdə mayda toy keçirilməsinə məhdudiyyət yoxdur”; “Özümüz belə anlamadan yalançı "erməni soyqırımı"nın yasını saxlayırıq..."

Yazın sonuncu ayı olan maya girmişik. Adətən Azərbaycan cəmiyyətində belə bir fikir var ki, may ayında toy, nişan şənlikləri eləmək düzgün deyil. Düşər-düşməzi olar və sairə. Eyni zamanda, bu ay meyvə-tərəvəzin baha olduğu dövr sayılır ki, bu da menyunun qiymətinə təsir edən amillərdən sayılır.

Hər il şadlıq sarayları may ayında sifarişlərin az olması barədə şikayət edirlər. Bəs görəsən, bu il şadlıq saraylarında may ayı üçün toy-nişan sifarişləri varmı? Bir neçə şadlıq sarayı ilə əlaqə saxlayaraq bunu öyrənməyə çalışdıq.

Afrodita Saray | RESTORAN & ŞADLIQ SARAYLARI QİYMƏTLƏRİ 2022, MENYU, ÜNVAN,  FOTO, VİDEO, ZAL TUTUMU & DIGƏR informasiyalar

“Afrodita” şadlıq sarayının icraçı direktoru Elton Dünyamalıyev “Yeni Müsavat”a dedi ki, may ayı üçün sifarişlər çox azdır: “İllərdir ki, bu problem davam edir. May ayı gəldisə, toylar da dayanır. Onsuz da Ramazan ayında da toylar yox idi, bunun ardınca da may ayı gəldi. İnsanları anlamıram, niyə etmirlər. Şəxsən mən öz övladlarıma may ayında toy edərdim. Əsl toy etmək vaxtıdır, hava gözəl, ilin ən qəşəng ayıdır”.

“Ağdaş” şadlıq sarayı ilə də əlaqə saxladıq. Şadlıq sarayının təmsilçisi bizimlə söhbətdə dedi ki, may ayı üçün bir sifariş belə yoxdur: “Ümumiyyətlə, Ramazan ayından bəri sifarişimiz yoxdur”.

“Ay işığı” şadlıq sarayından da bildirildi ki, may ayı üçün çox az sifariş var: “1-2 sifariş var. İllərdi ki, belədir, artıq vərdiş eləmişik. Amma bunun səbəbini anlamıram, axı may ən gözəl aydır”.

“Ülvi” şadlıq sarayından da oxşar cavab eşitdik. Şadlıq sarayının adminstratoru Hikmət Kazımov bizimlə söhbətdə dedi ki, artıq may ayında toy edilməməsi ənənəyə çevrilib: “May gələndən toy, nişan etmək istəyənlərin sayında kəskin azalma var. Anlamıram niyə belədir, halbuki ayların ən gözəli elə maydır”.

Bəs bu çəkingənliyin hansısa dini, tarixi, məntiqi əsası varmı?

Ceyhun Məmmədov: “Elm və Təhsil Nazirliyinin yaradılması Azərbaycan elminin  inkişafına ciddi töhfə verəcək”

Ceyhun Məmmədov 

İlahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili, Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələnin səbəbi müxtəlifdir: “Dinimiz baxımından may ayında toy etməməyə hansısa məhdudiyyət, qadağa yoxdur. May Allahın ayıdır. Toy etmək olar. Düşünürəm ki, daha çox mayda məhsulların tükəndiyi, azaldığı və keçid dövrü olduğuna görə bizim insanlarımızda bir ənənə formalaşıb ki, onlar bu ay toy etmirlər. Adətən əvvəlki aylarda insanlar meyvəni  tədarük edirdilər. Söhbət keçmiş vaxtdan gedir. Müasir dövrdə soyuducular vasitəsilə həm meyvəni, həm ərzağı saxlayırlar. Amma bu məsələnin kökündə duran səbəb budur. Bunun heç bir dini əsası yoxdur. Tarixən Azərbaycanda daha çox təbiətlə, kənd təsərrüfatı ilə insanların ehtiyaclarının ödənilməsi ilə bağlı zaman-zaman yaranmış və formalaşmış adət-ənənədir”.

Vahid Çəmənlinin ad günüdür! – WWW.USTAC.AZ

Vahid Çəmənli

Şair-publisist Vahid Çəmənli isə deyir ki, may ayının ağır olması ilə bağlı mifləri ermənilər yaradıb: “May ayı baharın ən gözəl, ən yaşıl ayıdır. İstilərin gurultulu yaz yağışlarıyla əvəz olunduğu dövrdə çəmənlər, meşələr, dağlar yaşıla bürünür, buzdan çıxan buzlaqların suyu dağ çaylarına axır, yeddi ayda bircə qarış boy atan taxıl zəmiləri bircə ayda yeddi qarış boy atır, bağlarda, bağçalarda arıların vızıltısı, bülbüllərin, torağayların şux nəğmələri bir-birinə qarışır. Bir sözlə, hər şey canlanır, böyüyür, boy atır. Əcəba, bəs niyə baharın ən gözəl ayı olan may ayı ağır ay sayılır? Əslində bu fikrin tarixi o qədər də qədim deyil. Cəmi yüz il ola, ya olmaya. Bu tarıx sizə nə isə deyirmi? May ayının ağır ay olması fikri insanlar arasında erməni kilsəsinin uzun, məqsədyönlü təbliğatından sonra yayılmağa başlayıb. Ermənilər 1915-ci ilin aprel ayının 24-cı gününü özlərinin yalançı ”soyqırımı" günü elan edəndən sonra, erməni kilsəsi bu tarixi hadisənin hər il qeyd olunması barədə çox götür-qoy elədi. Necə etsin ki, 40 gün dünya “erməni soyqırımına” yas saxlasın, amma heç kim nəyin yasını saxladığından şübhələnməsin? Onlar istəyirdi ki, dünyada heç kim 40 gün şadlıq eləməsin, onların içində gizli yaşatdıqları qəmi-kədəri bölüşdürsün. Xeyli fikirləşəndən sonra erməni kilsəsi tərəfindən dünyada may ayının ağır ay olması barədə fikir formalaşdırma kampaniyasına başlanğıc verildi. Kilsənin emissarları ermənilərin məskunlaşdığı ərazilərdəki başqa millətlər yaşayan kəndlərə, şəhərlərə gəlir, yerli əhali arasında may ayının ağır ay olması, guya bu ay keçirilən toy, şadlıq mərasimlərinin gələcəkdə onların həyatına böyük uğursuzluqlar gətirəcəyi barədə fikir formalaşdırırdılar. Nə qədər təəccüblü də olsa, bu fikir tez bir zamanda yayılmağa başladı. İndi, may ayında toy, şadlıq məclisi quranların içində bir uğursuzluq xofu olur. Ona görə də, belə məclisləri başqa aylara keçirirlər. Nə yazıq ki, bu kompaniyaya qoşulan biz azərbaycanlılar da özümüz belə anlamadan yalançı “erməni soyqırımının” yasını saxlayırıq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR