İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda fonoqram oxuduğu üçün döyülərək xəstəxanalıq edilən Kərimdən İLK PAYLAŞIM

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abasov məclislərin birində fonoqramla ifa etdiyi üçün döyülüb. 

Axşam.az-ın məlumatına görə, yaşanan hadisədən sonra sənətçi ilk dəfə səssizliyini pozub. O, instaqram hesabında məclislərin birində canlı ifa etdiyi videonu paylaşaraq bunları yazıb:

"Mənim üçün üzülən dostlarım və sevənlərim. Hər qaranlıq gecənin bir sabahı var…Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq".

Qeyd edək ki, DİN-in Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR