İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolik MTV-dən getdi

Aparıcı Tarix Əliyev "MTV Azərbaycan"dan ayrılıb.

Musavat.com xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

O bildirib ki, öz istəyi ilə uzun müddətdir çalışdığı telekanalla yollarını ayırıb:

"2021-ci ildən etibarən "MTV Azərbaycan" kanalında "Tarixin Bir Günü" verilişinin həm aparıcısı, həm də layihə rəhbəri olmuşam. Sabah isə "MTV Azərbaycan"da "Tarixin Bir Günü" verilişinin son buraxılışını izləyəcəksiniz. Bu, mənim şəxsi qərarımdır. Düşünürəm ki, çalışdığım hər kanalda uğur qazanmağa nail olmuşam və MTV-də də bir aparıcı kimi özümü sübut etdim. Həm musiqi ilə əyləncəli, həm də sosial mövzulu verilişlərin aparıcısı olaraq işimi layiqincə yerinə yetirdim. Bu, hər nə qədər bir son olsa da, eyni zamanda yeni və gözəl bir başlanğıcın xəbərçisidir.

Düşünürəm ki, bu müddətdə kanala bir aparıcı kimi, bir işçi kimi çox gözəl işlər verdim. Bütün kanal rəhbərliyindən və oradakı işçilərdən halallıq alaraq son canlı efirimdə sözlərimi dedim. İnşallah, tez bir zamanda yeni kanalda "Tarixin Bir Günü" verilişinin saatını, vaxtını və tarixini öyrənəcəksiniz. İnanıram ki, məni sevənlər tez bir zamanda yeni kanalda izləməyə davam edəcəklər. Bu illər ərzində mənimlə olan sponsorlarıma təşəkkür edirəm. Onlarıa mənimlə birlikdə yeni kanalda iş birliyini davam etdirəcəklər. Hər şeyin xeyirlisi Allahdandır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR