Onlayn ictimai-siyasi qəzet
Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) son paylaşımı ilə müzakirə yaradıb.
O, gənc oğlanın ayağından yapışan dilənçi uşağın görüntülərini paylaşaraq məsələyə sərt reaksiya verib.
Tolik azyaşlı uşaqları küçələrdə diləndirənlərə qarşı tədbir görülməsini istəyib:
“Bu nə biabırçılıqdır?! Bir neçə ay sonra ölkədə COP-29 keçiriləcək. Deməli, bunlar küçələrdə camaatın ayağından yapışacaq? Bəlkə, heç oğlanın cibində pul yoxdur, bu zəli ondan əl çəkməyəcək?! Bunları Bakı küçələrinə kim salıb biznes qurub?”
Müğənni Xuraman Şuşalı da T.Əliyevin paylaşımına şərh yazaraq dilənçilərin avtomobillərdən də əl çəkmədiyini qeyd edib:
“Dəhşətdir! Hələ maşından da yapışırlar”. (Yenisabah.az)
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ