İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolik: "Deputat olmaq üçün "İnstagram"dan səs toplamaqla iş bitmir"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu dəfə bəzi deputatlığa namizədləri tənqid edib.

Musavat.com bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib:

"Ötən gündən deputatlığa namizədlərin seçki kampaniyasında təbliğat və təşviqat prosesi başlayıb. Çoxları artıq pullarını "İnstagram" və digər sosial şəbəkələrdə reklama xərcləyir. Bu məni çox düşündürür ki, onlar niyə gedib seçki dairələrində iş görmək əvəzinə qapılarda şəkil çəkdirmir, şüar yapışdırırlar?

Biz vətəndaş olaraq sual veririk, amma onların feyk profillərlə əlaqəli qohumları çıxıb, təriflər yağdırırlar. Mənim qanuni haqqımdır ki, bilim namizəd kimdir.

"İnstagram"dan səs toplamaqla bitmir, vətəndaşların hörmətini qazanmaq və bunu feyk profillərlə deyil, əməllərlə etmək lazımdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR