İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev təhlükəsizlik qüvvələrini sayıq olmağa çağırdı - Priqojin təhlükəsi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyada "Vaqner" özəl hərbi şirkətin qiyamı ilə əlaqədar ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident təhlükəsizlik qüvvələrinə böhran vəziyyətlərinin mümkün təhlükələrinə cavab verməyə hazır olmağı tapşırıb. Tokayev bir müddət əvvəl Vladimir Putini dəstəklədiyini bildirib və qeyd edib ki, Rusiyada baş verənlər onun daxili işidir.

Tokayevin mətbuat xidmətinin məlumatına görə, görüşdə Qazaxıstanın əsas güc strukturlarının nümayəndələri iştirak ediblər: “Dövlət başçısı Rusiya Federasiyasındakı vəziyyətlə əlaqədar tapşırıqların icrası ilə bağlı tədbirlər haqqında baş nazirin, baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin rəhbərinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin məruzələrini dinləyib".

Görüş zamanı Tokayev xatırladıb ki, Vladimir Putinlə telefon danışığında o, Rusiya rəhbərliyinin konstitusiya quruluşunun bərpası üzrə tədbirlərini dəstəkləyib və “hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını alqışlayıb”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR