İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Parisdədir – Makronla görüşüb bunları dedi...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Makronun dəvəti ilə noyabrın 4-də Fransaya dövlət səfərinə gedib.

Musavat.com prezidentin mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, Parisdə Fransa prezidenti ilə görüşdən sonrakı mətbuat konfransında Tokayev iki ölkə arasında əlaqələrin strateji xarakter aldığını bildirib: "Biz bütün problemlərin sülh yolu ilə və siyasi-diplomatik yolla həllini zəruri hesab edirik. Biz beynəlxalq səviyyədə qüvvələri birləşdirib birgə işləmək barədə razılığa gəldik. Bugünkü danışıqlar səmərəli keçdi. Bu səfər onu göstərir ki, Qazaxıstan və Fransa arasında əlaqələr yüksək səviyyəyə çatıb və strateji xarakter daşıyır”.

Mətbuat xidmətinin məlumatına görə, brifinqdən sonra Tokayev və Makron strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş birgə bəyannamə də imzalayıblar. Qazaxıstan prezidenti qeyd edib ki, birgə səylər nəticəsində Fransa ilə qarşılıqlı faydalı əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini gözləyir: “Bu səfər bizim üçün çox önəmlidir, Fransa Qazaxıstanın Avropa İttifaqında yaxın və etibarlı tərəfdaşıdır”.

Qazaxıstan lideri iki ölkə arasında iqtisadi əməkdaşlığın da fəal inkişaf etdiyini bildirib: “Ötən il iki ölkənin ticarət dövriyyəsi 4,2 milyard dollar təşkil edib. Fransa ölkəmizə investisiya qoyuluşunun həcminə görə nın altıncı yerdədir. Fransanın “Alstom”, “Total Energies”, “Air Liquide”, “Orano”, “Vicat”, “Danone”, “Lactalis” şirkətləri Qazaxıstana xeyli sərmayə qoyublar, onların ümumi həcmi təxminən 19,5 milyard dollara çatıb”.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR