İnsanlara hürriyət, millətlərə istiqlal!

Toivo Klaardan 8 kənd və Zəngəzur dəhlizi açıqlaması

Azərbaycanın Ermənistandan tələb etdiyi kəndlərlə bağlı məsələ Ermənistanla delimitasiya çərçivəsində həll olunmalıdır.

Musavat.com bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Azərbaycan lideri İlham Əliyev bir müddət əvvəl demişdi ki, Ermənistan “8 Azərbaycan kəndini işğal altında saxlayır”-Aİ rəsmisi əlavə edib.
Klaar Azərbaycan və Naxçıvan arasında tranzit əlaqəsini hər iki tərəfin qalib gəldiyi vəziyyət hesab edir. Bunjnla belə, o əlavə edib ki, bu yolun və ya dəmir yolunun Ermənistan ərazisində yerləşdirilməsi Ermənistan qanunvericiliyi çərçivəsində mümkündür. Aİ-nin xüsusi nümayəndəsi hesab edir ki, bu məsələdə irəliləyiş asan olacaq. Avropa rəsmisi qeyd edib ki, ümumiyyətlə, dəmir yolu əlaqəsi Azərbaycandan Ermənistan vasitəsilə Türkiyənin Qars bölgəsinə qədər həyata keçirilə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR