İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Vardanyan: "Aşotu mühasirədən çıxarmaq üçün yüzlərlə əsgər qurban verdik"

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ölkə gündəmindən düşmür. Baş nazirin oğlu Aşot Paşinyanın müharibədə öldürülmüş əsgərlərin valideynləri tərəfindən oğurlanması hadisəsi isə bir sıra maraqlı məqamları da üzə çıxarmış oldu.

Məsələn, müxalifət fəalı, tanınmış erməni ictimai xadim Tiqran Vardanyan "Mamul"a verdiyi açıqlamada iddia edib ki, Aşot Paşinyan hələ İkinci Qarabağ müharibəsi zamanı yüzlərlə əsgərin mənasız ölümünə səbəb olubmuş.

Erməni müxalifəti "yalan maşını"ndan əl çəkmir- Xatırladım ki, 44 günlük müharibə zamanı Aşot Paşinyanı mühasirədən çıxarmaq üçün yüzlərlə hərbçi qırğına göndərilib,- Vardanuan sensasiyalı fikirlər səsləndirib.

Məlumata görə, oktyabrın 19-da İcevan alayının əsgərləri "yem" kimi istifadə olunub.

"Döyüşçülərimizi qəsdən ətdən sədd edib, "yem”ə çevirib azərbaycanlı hərbçilərin diqqətini əsas məsələdən yayındırdılar. Yəni Aşotiki xilas etmək üçün zərbəni onların üzərinə yönəltdilər.
Həmin mühasirə ərazisinə döyüşçülərimizi göndərəndə, hamı yaxşı bilirdi ki, onların heç biri qeyri-bərabər şəraitdə döyüşərək xilas ola bilməyəcək. Yalnız bir nəfər istisna idi ki, o da Aşot oldu", - Erməni siyasətçi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR