İnsanlara hürriyət, millətlərə istiqlal!

Tim Uolts rəqibi Vensə MEYDAN OXUDU

ABŞ-ın Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi, Minnesota qubernatoru Tim Uolts respublikaçı rəqibi Ceyms Devid Venslə debat etməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, “Mən bu adamla debatı səbirsizliklə gözləyirəm. Əlbəttə, o, zəhmət çəkib, oturduğu divandan qalxıb gəlməlidir”, - deyə Uolts Pensilvaniya ştatının Filadelfiya şəhərindəki tərəfdarlarına səslənib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Kamala Harris prezidentlik yarışında Minnesota qubernatorunu vitse-prezident kimi seçdiyini açıqlayıb. 39 yaşlı Vens isə iyulun 15-də respublikaçıların Viskonsin ştatının Miluoki şəhərində keçirilən milli qurultayında vitse-prezidentliyə namizəd kimi irəli sürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR