İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə Rusiya ilə aviareyslərin bərpasına görə etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya ilə birbaşa aviareyslərin bərpa edilməsinə görə etiraz aksiyası keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısına toplanan müxtəlif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları və sıravi vətəndaşlar uçuşların yenidən qadağan edilməsini tələb edirlər. Yağışlı havada davam edən aksiyada “Rusiya ilə uçuşlara yox” şüarı səsləndirilib.

Etirazçılar bir neçə dəqiqə öncə parlament binasının qarşısındakı mərkəzi Rustaveli prospektini bağlayıblar.

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldirib.

Əraziyə çox sayda polis cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR