Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən Tiflisin mərkəzində keçirilən etiraz aksiyasında 50 nəfər saxlanılıb. Bununla da 3 gün davam edən etiraz aksiyaları zamanı həbs olunanların sayı 200-ə çatıb.
Musavat.com xəbər verir ki, həbs olunan şəxslər kiçik xuliqanlıq və polisə tabe olmamaq ittihamları ilə üzləşirlər.
Hadisələr zamanı polisin və aksiya iştirakçılarının bir neçə dəfə qarşıdurmaya girdiyi bildirilib. Etiraz aksiyaları hələ də davam edir və Gürcüstanda ciddi gərginlik müşahidə olunur. Məlumat “Sputnik Gürcüstan” tərəfindən təqdim edilib.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ