İnsanlara hürriyət, millətlərə istiqlal!

THY-nin Bakı ofisinin rəhbəri dəyişib

"Türk Hava Yolları" (THY) şirkətinin Bakı nümayəndəliyində kadr dəyişikliyi olub.

“Report”un əldə etdiyi məlumata görə, nümayəndəliyə 2015-ci ildən rəhbərlik edən Seyfullah İlyas vəzifəsindən azad edilərək şirkətin Kasablankadakı (Mərakeş) ofisinə rəhbərlik edəcək.

Onun yerinə bu vəzifəyə Hamid Eldeleklioğlu təyin edilib. O, həmçinin şirkətin Gəncə və Naxçıvan ofislərinə də rəhbərlik edəcək.

H. Eldeleklioğlu bu təyinata qədər THY-nin Pakistanın Pəncab vilayətinin Lahor şəhərindəki ofisinə rəhbərlik edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR