İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Washington Post”: “Ukraynanın əks hücumu Putin üçün siyasi riskləri artırır”  

 

Rusiya elitası Ukraynanın Qərb silahlarının atəş gücündən narahatdır. Onlara görə, Moskvanın Ukraynanın cənub-şərqindən Krıma qədər inşa etdirdiyi quru körpü dağıdıla bilər. Bütün bunlar Kremlə ciddi hərbi və mənəvi ziyan vura biləcəyi qorxusunu artırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin analitik yazısında deyilir.

Qəzetin yazdığına görə, Rusiyanın hərbi liderləri (Ordu-“Vaqner”) arasında qarşıdurma, dronların Moskvaya hücumu və Rusiyanın Ukrayna ilə həmsərhəd olan qərb bölgələrinə misli görünməmiş hərbi müdaxilələri Putinin vəziyyətə nəzarət etmək qabiliyyəti ilə bağlı suallar doğurub.

Rusiya parlamentinin üzvü Konstantin Zatulinin Ukraynanın gələcəyi ilə bağlı keçirilən konfransda “Rusiyanın bütün işlərində uğursuzluğa düçar olduğunu” söyləməsindən sonra artan gərginlik əlamətləri ortaya çıxıb.

 “R-Politic” siyasi təhlil firmasının təsisçisi Tatyana Stanova buna diqqət çəkib: “Elita arasında əhval-ruhiyyə çox gərgindir. Onlar Putinin planlarının nə olduğunu başa düşmürlər və onun vəziyyəti adekvat şəkildə idarə edib-etmədiyinə şübhə edirlər. Bu, uzun müddətdir ki, davam edir, lakin narahatlıq artır. Əgər Rusiya Krıma gedən dəhlizi itirsə, bu, hər kəsə çox ciddi zərbə olacaq... Hamı proseslərin Putin üçün nə qədər vacib olduğunu anlayır. Putinin hesablarını düz tutmaması onun yaranacaq ağır vəziyyətin öhdəsindən gələ bilməyəcəyi anlamına verir. Bu isə çox ciddi uğursuzluq demək olacaq”.

Məqalədə qeyd olunur ki,  ötən həftə Ukrayna üçün uzunmüddətli təhlükəsizlik sazişləri ilə bağlı Qərbin təkliflərinin ortaya çıxmasından sonra Kremldə  əhval-ruhiyyə daha da pisləşib. Yeni təkliflər Ukraynaya NATO üzvlüyü bəxş etmədən uzun illər boyunca silah təchizatı ilə təmin olunmasını nəzərdə tutur.

"Bu, Rusiya rəhbərliyi üçün əsas narahatlıq doğuran məsələdir. Əgər Ukrayna ordusu müasir silahlarla təchiz olunsa və modernləşdirilməsinə davam edilsə, o zaman rəsmi Kiyev hətta üzv olmadan belə bu formada Rusiya üçün ekzistensial təhlükə yarada bilər", - deyə yazıda vurğulanır.

Kremlə yaxın siyasi məsləhətçi Sergey Markov belə müsahibəsində Putin ətrafında gedən qrup savaşlarının nəzarətdən çıxa biləcəyini etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR