İnsanlara hürriyət, millətlərə istiqlal!

The Wall Street Journal: Ukraynanın Kursk bölgəsindəki hücumu olduqca qeyri-adi olub

Ukraynanın Kursk bölgəsinə hücumu həm hazırlıq və həm də gedişatı etibarı ilə olduqca qeyri-adi şəkildə həyata keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı The Wall Street Journal maraqlı yazı dərc edib.

Qəzetin yazdığına görə, hücum başlamazdan əvvəl “Ukrayna hərbi kəşfiyyatının dəstəklədiyi anti-Kreml yarımhərbi qruplaşması”nın üzvləri sərhədyanı reydlər həyata keçirib, zəiflikləri araşdırıb və kəşfiyyat aparıb. Əməliyyatın başlamasına iki həftə qalmış Ukrayna pilotsuz təyyarələri Kurska gedən yolda sərhəd postunda Rusiyanın müşahidə sistemlərini məhv edib.

Ukraynanın hücum bölmələri avqustun 6-na keçən gecə sərhədi keçib. Eyni zamanda Ukraynanın elektron döyüş bölmələri Rusiya ərazisinə daxil olaraq rus qoşunlarının rabitəsini kəsib, daha sonra onları pilotsuz təyyarələrə nəzarət etmək imkanından məhrum edib. İlk hücumda Ukrayna Silahlı Qüvvələrinin 80-ci və 82-ci hava hücumu briqadaları iştirak edib. Onlar yüngül zirehli “Stryker” və “Marder” maşınları ilə təchiz olunub.

80-ci və 82-ci briqadalar hərəkət etdikdən sonra onları ərazini təmizləyən tanklar və digər ağır zirehlilər izləyib. Əməliyyatın ilk doqquz günü ərzində Ukraynanın zirehli texnika itkilərinin sayı onlarla olduğu deyilir.

İnsan itkilərini təxmin etmək daha çətindir, lakin qəzet keçən il Zaporojye vilayətində keçirilən hücumda iştirak edən 44-cü briqadanın topçusunun sözlərindən sitat gəririb. Onun bildirdiyinə əsasən, canlı itki azdır.

Qərb analitikləri bildirirlər ki, ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin 6 minə yaxın hərbi qulluqçusu əməliyyatda iştirak edir, daha 4 minə yaxını isə köməkçi funksiyasını yerinə yetirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR