İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Telegraph”: Pezeşkian SEPAH-a Azərbaycandakı İsrail bazalarını vurmağı təklif edib - SENSASİON İDDİA

İlk yayımlanma zamanı: 11:40

İran prezidenti İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.

Sitat: “Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər”, - deyə İran prezidentinə yaxın mənbə bildirib.

bb4429d5-223b-4569-ba6f-bf5c90960840 (1).jpg (192 KB)

“O, Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə bağlı nəyisə hədəfə almağı və sonra bu barədə həmin ölkələrlə danışmağı və bütün dramlara son qoymağı təklif edib”, - deyə Pezeşkianın digər köməkçisi "The Telegraph"-a bildirib.

Nəşr yazır ki, İran prezidenti həmçinin Hizbullahı daha müasir silahlarla silahlandırmaq və İranın artan dəstəyi ilə “döyüşməyə icazə vermək” təklifini verib.

Masoud Pezeshkian, the Iranian president, met with Ismail Haniyeh the day before the Hamas leader was assassinated

Mötəbər İngilis nəşrinin bu iddiasına inanmaq çətindir. Əvvəla ona görə ki, Azərbaycanda İsrail bazaları yoxdur! Yalnız səfirlik və ibadətxanalar var.

Digər tərəfdən, Pezeşkian bir Azərbaycan vətənpərvəridir, bütün həyatını belə yaşayıb. Üstəlik, bilir ki, hakimiyyətə gəlmə səbəbi də məhz Azərbaycanlı kimliyini mərkəzdə tutmasıdır. Onun belə məqamda Azərbaycanı vurması barədə təklif verməsi təxminən özünü vurması anlamına gələr. Bundan əvvə SEPAH-a bağlı generallar, bir sıra İran rəsmiləri Azərbaycandakı İsrail səfirliyini vurmaq, partlatmaqla bağlı bəyanatlar veriblər. Hətta buna cəhdlər də edilib. Lakin Pezeşkianın "Bakını vuraq" təklifi verəcəyi ağlabatan deyil.

Xarici təsirlərə baxmayaraq, Azərbaycan və İsrail arasında münasibətlər  necə inkişaf edib? – UNEC Tədqiqat Fondu

İsrailə assimmetrik zərbə təklifi mümkündür və yəqin ki, edilib. Lakin burada Azərbaycanın hədəf alınması imkansızdır. Görünür, təklif elə assimmetrik zərbə taktikası barədə olub. Konkret şəhər və ölkə sonradan uydurula, ya da Bakının adı yazıya məntiqlə əlavə oluna bilər...

Təbriz - TebMedTourism | medical tourism agency

Pezeşkianı hakimiyyətə gətirən amil mərkəzi Bakı və Təbriz olmaqla, Azərbaycan amili, türk kimliyidir. Təsadüfi deyil ki, hazırda “The Telegraph”ın məqaləsini erməni saytları və telegram kanalları dayanmadan, həm də təhriflərlə, yayırlar.

Yazının orijinalı bu linkdə: https://www.telegraph.co.uk/world-news/2024/08/09/iran-president-masoud-pezeshkian-israel-revolutionary-guard/

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR