İnsanlara hürriyət, millətlərə istiqlal!

TFF Merih Demiralın cəzalandırılması xəbərini TƏKZİB ETDİ

Merih Dəmirala UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

APA “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.

***

Avropa çempionatında Avstriya ilə matçda qol vurduqdan sonra qələbəsini "Bozqurd" işarəsi ilə qeyd edən Türkiyə millisinin üzvü Merih Demirelə 2 oyunluq cəza verilib.

APA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvünün "Bozqurd" işarəsi UEFA tərəfindən "siyasi" olaraq qəbul edilmişdi və Merih Demirelə qarşı araşdırma başlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR