İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təyyarəyə kənardan qeyri-qanuni təsirlər olub"-AZAL-ın vitse-prezidenti

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb".

Musavat.com xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində deyib.

O bildirib ki, belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib.

"Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qrozni və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər”.

Onun sözlərinə görə, günahkarlar tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək. 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR