İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzaya uğradı, görüntülər yayıldı - VİDEO

Musavat.com bildirir ki, Rusiyanın İrkutsk vilayətində aviasiya insidenti baş verib. TASS agentliyinin Şərqi Sibir Nəqliyyat Prokurorluğuna istinadən verdiyi məlumata görə, təyyarə eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb. Hadisə nəticəsində təyyarənin ön şassi dayağı qırılıb və yerə çöküb.

Hadisə yerindən yayılan görüntülərdə təyyarənin ot örtüyü üzərində, burun hissəsinin yerə çökdüyü aydın görünür. Xoşbəxtlikdən, insident nəticəsində insan itkisi və ya yanğın qeydə alınmayıb.

Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin hansı səbəbdən zolaqdan çıxdığı və şassi probleminin texniki nasazlıqla bağlı olub-olmadığı araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR