Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Hindistanda "Boeing 787 Dreamliner" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, qəzada azı 40 nəfər həlak olub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən və xəstəxanaya yerləşdirilən sərnişinlərdən görüntülər yayılıb.
Məlumata görə, təyyarə havaya qalxdıqdan cəmi bir dəqiqə sonra dispetçer xidməti ilə əlaqə itib.
Hindistanın Mülki Aviasiya Baş İdarəsi bildirib ki, "Air India" aviaşirkətinə məxsus, Əhmədabad–London marşrutu üzrə hərəkət edən təyyarənin göyərtəsində 242 nəfər olub. Onların arasında 2 pilot, 10 bələdçi heyəti və iki körpə uşaq da yer alıb.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
İqbal RZAYEV,
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ