Onlayn ictimai-siyasi qəzet
Məşhur amerikalı müğənni Teylor Sviftin Vyanada keçirilməsi planlaşdırılan üç konserti mümkün terror təhlükəsinə görə ləğv edilib.
AZƏRTAC xəbər verir ki, müğənninin Eras adlanan turunun bir hissəsi olan şoular həftəsonu Vyananın Ernst Happel stadionunda baş tutmalı idi.
Təşkilatçılar tərəfindən verilən açıqlamada bildirilib ki, konsertləri ləğv etməkdən başqa seçim olmayıb: “Hökumət rəsmiləri tərəfindən Ernst Happel stadionunda planlaşdırılan terror aktının təsdiqlənməsi səbəbindən hamının təhlükəsizliyi üçün planlaşdırılan üç şounu ləğv etməkdən başqa seçimimiz yoxdur”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, avqustun 7-də Vyanada iki nəfər iri tədbirlərdə terror planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ