İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribat necə baş verib? - Sərhəd ərazisində olan hərbi jurnalist danışdı-VİDEO

“Kömürdağda çəkiliş edəndə bizim olduğumuz istiqamətə atəş açıldı. O anlar kameraya da düşüb”.

Musavat.com xəbər verir ki, bunu “Caliber” kanalına müsahibəsində hərbi jurnalist Hans Kloss (məxfilik səbəbi ilə əsl adı açıqlanmır) deyib. O bildirib ki, təxribatdan bir neçə saat əvvəl sərhəddə olub: “Kəlbəcər, Laçın xətti əsasən Şərqi Göyçə dağ silsiləsindən keçir. Bəzi erməni postları demək olar ki, bizim postlarla üz-üzədir. Biz 20-30 kilometrlik Ermənistan ərazisinə nəzarət edirik. Təchizat yolları buradan keçir.

Nəzərə alsaq ki, erməni sərhəd-keçid məntəqələri Azərbaycan sərhədinə çox yaxındır, sutkanın qaranlıq vaxtı diversiya qrupları minabasdırma əməliyyatları edirlər. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında qeyd olunduğu kimi ermənilər tez-tez gərginlik yaradırdılar, dəfələrlə bilərəkdən təchizat maşınlarımıza atəş açıblar. Ötən gecə baş verən təxribat bir müddətdir davam edən gərginliyin nəticəsidir. Diversantlar növbəti dəfə Azərbaycan sərhədini keçəndə baş verən kiçik toqquşma genişmiqyaslı döyüş əməliyyatlarına çevrildi. Hazırda sərhədlərin müəyyən edilməsi ilə bağlı işlər görülür. Müdafiə Nazirliyinin rəsmi məlumatı yaymadığına görə bu barədə ətraflı danışa bilmərik. Onu deyə bilərəm ki, sərhəddə vəziyyət Azərbaycanın lehinə dəyişəcək”.

Musavat.com müsahibəni təqdim edir:

Nigar Həsənli,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR