Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin əvvəlindən dünyada 236 mindən çox texnologiya işçisi işini itirib. Layoffs.fyi portalının araşdırmasına görə, texnoloji sektorda 2023-cü ilin sonuna qədər işdən çıxarılanların sayı keçənilki göstəricini xeyli üstələyəcək. Belə ki, bu ilin əvvəlindən 1019 texnologiya şirkəti 236 495 nəfəri işdən çıxarıb. Portal xəbər verir ki, ötən ilin sonunda 1024 şirkət 154 034 min işçisini işdən çıxarmışdı.
Keçən həftə də daxil olmaqla, telekommunikasiya avadanlığı istehsalçısı “Cisco Systems Inc.” 350 işçini , sentyabrın əvvəlində “Roku Inc” işçilərinin 10 faizini ixtisar etdiyini bildirib. Ötən ilin sonunda onun heyəti təxminən 3,6 min nəfər idi.
Bu il ixtisar elan edən texnologiya şirkətləri arasında ABŞ-ın “Amazon.com Inc.”, “Electronic Arts2, “Palantir Technologies”, “Twilio Inc.”, “DocuSign Inc.”, “Salesforce Inc.”, “Zoom Video Communications”, “eBay, Dell Technologies”, “PayPal Holdings”, “İnternational Business Machines”, “İntel Corp.”, “Microsoft Corp.”, “Alphabet Inc.”, həmçinin Almaniyanın SAP və İsveçin “Spotify Tekhnology” şirkətləri də var.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ