İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyan Paşinyanı belə ittiham etdi

“Paşinyanın “Ermənistanı xilas etmək və sülhə nail olmaq üçün Qarabağı təslim edək” formulu blefdir və ilk növbədə ölkəyə qarşı yönəlib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü, revanşist siyasətçi Andranik Tevanyan tərəfindən səslənib.

“Qarabağın təslim edilməsi sülhə gətirib çıxarmayacaq, əksinə, Ermənistanın ərazi bütövlüyünü və mövcudluğunu şübhə altına alacaq. Azərbaycanın Ermənistana iştahı məhz Nikol Paşinyanın apardığı qeyri-qanuni siyasət nəticəsində artıb. Laçın dəhlizi 2022-ci il oktyabrın 6-da Praqada müəyyən edilmiş razılaşma nəticəsində bağlanıb.

9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş Laçın dəhlizinin statusu Nikol Paşinyanın effektiv iştirakı ilə sıfıra endirilib”, - deyə Tevanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR